• Bakı 20° C

    12.69 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İnterin hücumçusu İranı tərk edə bilmir
İDMAN
15 Iyun 2025 | 09:34

"İnter"in hücumçusu İranı tərk edə bilmir

İtaliyanın "İnter" klubunun Klublararası dünya çempionatında iştirakı yaxın günlərdə başlayacaq. Lakin iranlı hücumçu Mehdi Taremi hələ də komandanın ABŞ-nin Los-Anceles şəhərindəki təlim-məşq toplanışına qoşulmayıb. O, hazırda İranda baş verən hərbi gərginlik səbəbindən ölkəni tərk edə bilmir.

Bakıvaxtı.az xəbər verir ki, hava məkanının bağlanması nəticəsində bir sıra uçuşlar təxirə salınıb. İran millisinin hücumçusu şənbə günü "İnter"in digər üzvlərinə qoşulmalı idi, lakin bu proses gecikəcək.

"İnter" klubu futbolçu ilə davamlı əlaqədədir və yaranmış problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir. Klub nümayəndələri bildiriblər ki, Tareminin təhlükəsizliyi birinci dərəcəli məsələdir.


SON XƏBƏRLƏR