İran Quru Qoşunlarının hərbçiləri ölkə səmasında vurulan İsrail "F-35"nin pilotunu əsir götürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.
***15:43
İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus daha bir “F-35” qırıcısını vurub.
Bu barədə Bakıvaxtı.az İran KİV-ə istinadən xəbər verir.
“İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin qərb səmasında daha bir İsrail “F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.
Bildirilib ki, pilot katapult edib, onun taleyi məlum deyil.