• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

İranda MOSSAD-a işləməkdə ittiham olunan iki fransalı həbs edilib
DÜNYA
03 Iyul 2025 | 02:25

İranda MOSSAD-a işləməkdə ittiham olunan iki fransalı həbs edilib

İranda iğtişaşların təşkilinə görə həbs cəzası çəkən iki Fransa vətəndaşı İsrailin MOSSAD kəşfiyyat xidmətinə işləməkdə ittiham olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP adını açıqlamadığı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tutulanlar İranda hakimiyyəti dəyişmək planı üzrə İsraillə əməkdaşlıq ediblər.

Qeyd edək ki, Fransa vətəndaşları 2022-ci ilin mayında İranda saxlanılıblar. İranın Kəşfiyyat Nazirliyi onları müəllimlərin maaşlarının artırılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlayıb. Fransa dövləti tutulanların dərhal azad edilməsini tələb edir.


SON XƏBƏRLƏR

02 Iyul 2025