• Bakı 21° C

    14.57 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrail-İran gərginliyi: AZAL bu reyslər LƏĞV ETDİ
İQTİSADİYYAT
14 Iyun 2025 | 15:30

İsrail-İran gərginliyi: AZAL bu reyslər LƏĞV ETDİ

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bir sıra reysləri ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

14 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 331/332)

• Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

• Bakı – İslamabad – Bakı (J2 143/144)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

 

15 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

 

16 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

• Bakı – Tehran – Bakı (J2 8017/8018)

 

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

 

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

 

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

14 Iyun 2025