İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) İranın arsenalının əhəmiyyətli bir hissəsini məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, Netanyahunun İran xalqına videomüraciəti onun ofisi tərəfindən yayımlanıb.
“Son 24 saat ərzində biz yüksək səviyyəli hərbi komandirləri, yüksək səviyyəli nüvə fiziklərini, İslam rejiminin ən mühüm zənginləşdirmə obyektini və ballistik raket arsenalının əhəmiyyətli bir hissəsini məhv etdik”, - Netanyahu bildirib.
O əlavə edib ki, “gələcək daha çox şey olacaq”.