• Bakı 19° C

    13.6 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
DÜNYA
14 Iyun 2025 | 10:32

İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Tomer Bar ötən gecə Tehranda zenit-raket komplekslərinin (ZRK) infrastrukturu da daxil olmaqla onlarla hədəfi vurduqlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Barın açıqlamaları İsrail ordusunun mətbuat xidməti tərəfindən yayılıb.

Onun sözlərinə görə, məqsəd İranın hava hücumundan müdafiə imkanlarını zəiflətmək olub.

“İranda hava üstünlüyü və hərəkət azadlığımızı yaxşılaşdıran operativ və milli əhəmiyyətli bir sıra dəqiq zərbələr həyata keçirdik. Müharibə başlayandan bəri ilk dəfə İsrail ərazisindən 1500 km-dən uzaq məsafədə HHQ Tehran ərazisindəki müdafiə sistemlərinə zərbələr endirib”, - o deyib.


SON XƏBƏRLƏR

14 Iyun 2025