İsrail Knesseti (parlamenti) hökumətin ölkədə fövqəladə vəziyyətin iyunun sonuna qədər uzadılması təklifini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunub ki, İranla müharibə vəziyyətinə dair qapalı brifinqdən sonra Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvləri İsrailin müdafiə naziri İsrail Katz tərəfindən elan edilən və iyunun 15-də kabinet tərəfindən ayın sonuna qədər uzadılan fövqəladə vəziyyət rejiminin təsdiqinə yekdilliklə səs veriblər.
"İyunun 17-də komitə İsrailin xarici işlər naziri Gideon Saarın iştirakı ilə daha bir qapalı iclas keçirəcək", - İsrail mediası yazır.