"Səkkiz il əvvəl vəd etdiyimiz həyat dolu şəhər bu gün artıq reallığa çevrilib".
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Tbilisi meri və "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının merliyə namizədi Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, yeni seçki kampaniyasının əsas şüarı və vədi "Gürcüstana sülh, Tbilisiyə daha çox yaxşılıq" olacaq:
"Səkkiz il əvvəl Tbilisi meri vəzifəsinə ilk dəfə namizədliyimi irəli sürdüyüm zaman şüarımız "Həyat dolu şəhər" idi. Tbilisinin hər bir məhəlləsi bu gün səkkiz il əvvəlkindən daha canlıdır".
O əlavə edib ki, hazırda Gürcüstan və Tbilisi sülh adasıdır və bu, ölkəyə inkişaf üçün unikal imkanlar yaradır.
“Sülh olmasa, inkişafdan və irəliləyişdən danışmaq mümkün deyil. Bugünkü sülh "Gürcü Arzusu – Demokratik Gürcüstan"ın siyasətinin nəticəsidir", – deyə Kaladze qeyd edib.
Gülşən Şərif