q
  • Bakı 19° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Kiyevdə matəm elan olunub
DÜNYA
14 May 2026 | 17:42

Kiyevdə matəm elan olunub

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

    “Sabah — 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib”, — mer bildirib.

    Kliçkonun sözlərinə görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.

    Hazırda Kiyevin Darnitski rayonunda yaşayış binasında dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

    Son məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb.


    SON XƏBƏRLƏR