• Bakı 25° C

    15.28 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Kiyevdən Tehranın təhdidlərinə cavab: Qurban kimi...
DÜNYA
27 Iyul 2026 | 18:40

Kiyevdən Tehranın təhdidlərinə cavab: Qurban kimi...

İranın təhdidləri əsassızdır. Tehran Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa iştirakçısıdır və Moskvanın cinayətkar müharibəsini 2022-ci ildən bəri ukraynalıları öldürən silahlarla alovlandırır.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində yazıb.

“İranın qurban kimi davranmaq, BMT Nizamnaməsinə absurd istinadlarla təhdidlərini əsaslandırmaq üçün heç bir mövqeyi yoxdur.

İran öz bəyanatları ilə diqqəti Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı terrorundan yayındırmağa çalışır və bu terror qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Lakin buna nail olmayacaq.

Rusiyanın gəmiçilik azadlığına hücumları bugünkü BMT Təhlükəsizlik Şurasının təcili iclasının diqqət mərkəzində olacaq və beynəlxalq ictimaiyyətdən sərt cavablar gözləyirik”, - o əlavə edib.

Xatırladaq ki, İranın Xəzər dənizindəki yük gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Daha sonra İranın xarici işlər naziri Abbas Arakçı bu hücumun cavabsız qalmayacağını bildirib./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR