• Bakı 24° C

    14.63 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
CƏMİYYƏT
27 Iyul 2026 | 19:32

Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika

Naxçıvan Muxtar Respublikasında (MR) 2026-cı ilin ilk altı ayı ərzində ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların ad, soyad, ata adının dəyişdirilməsi ilə bağlı daxil olan 60 müraciət müvafiq qaydada araşdırılıb və dövlət qeydiyyatı həyata keçirilib.

Qeyd edək ki, ölkədə ad, soyad və ata adının dəyişdirilməsi Ailə Məcəlləsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na uyğun olaraq həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR