• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Krit adasında meşə yanğını: 5 min sakin təxliyə edildi
DÜNYA
04 Iyul 2025 | 00:26

Krit adasında meşə yanğını: 5 min sakin təxliyə edildi

Krit adasının cənubunda baş verən meşə yanğınlarının sürətlə yayılması nəticəsində 5 minə yaxın turist təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, yanğınsöndürənlər helikopterlər və xüsusi texnikanın köməyi ilə Yerapetra şəhəri yaxınlığında alovun qarşısını almağa çalışırlar. Güclü küləklər səbəbindən yanğınların yayılması təhlükəsi artdığından, əraziyə əlavə polis və sahil mühafizə qüvvələri də cəlb olunub.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoqianis bildirib:

“İyul ayı adətən ilin ən isti dövrüdür və bu zaman tez-tez güclü küləklər əsir. Bu, meşə yanğınlarının yayılmasına səbəb olan əsas amillərdəndir”.

Qeyd edək ki, iqlim dəyişikliyi Yunanıstanda son illərdə meşə yanğınlarının daha geniş və təhlükəli hal almasına gətirib çıxarıb. 2018-ci ildə Mati şəhərində baş vermiş yanğın nəticəsində 100-dən çox insan həyatını itirmişdi./Trend


SON XƏBƏRLƏR

03 Iyul 2025