Məşhur türkiyəli müğənni Hülya Avşar son açıqlaması ilə gündəm olub.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni verilişlərin birində müzakirələrə səbəb olacaq açıqlama verib.
Belə ki, Hülya şəxsi həyatı ilə bağlı danışarkən “Məndən az pul qazanan kişiyə hörmət etmərəm” deyib.
Müğənninin sözləri sosial mediada birmənalı qarşılanmayıb, bir çox istifadəçi ona sərt reaksiya verib.
Onun bu açıqlaması “Özünə hörmət edənlərin, hörməti özünə bəsdir, sənin hörmətinə ehtiyacı yoxdur”, “Məsələ cins deyil, pul deyil, qarşımızdakı adamın insan olduğunu qəbul etməliyik”, “Bitmədiniz! 80-ci illərin məşhurlarına qadağa qoyulmalıdır” kimi şərhlərə səbəb olub.