• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Laçından sonra... - Əkbər Qoşalı yazır
YAZARLAR
29 Avqust 2022 | 19:26

Laçından sonra... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Ermənilər (daha doğrusu, haylar) Laçından, Zabux və Susdan çıxınca yalnız məişət əşyalarını, sözüm ona “unitaz”larını deyil, üstəlik, bizimtorpaqlara basdırdıqları ölülərinin nəşini də çıxarıb, özləri ilə aparıb. Kəlbəcərdən çıxarkən də eynən beləetmişdilər. (Dirisindən çox “xeyir” gördüyümüzhayların meyidləri bizə çox da lazımmış guya)...

Bizim Laçından, Zabux və Susdan, Kəlbəcərdən, Qarabağdan, eləcə də Zəngəzurdan, Göyçədən, İrəvandan didərgin (məcburi köçkün, qaçqın) düşənsoydaşlarımızdan da oralardakı son günlərində macaltapıb qəbristanlığa gedənlər olmuşdu – getmişdilərki, ibrət bağçasında uyuyan doğmalarına “Hələlik”desinlər, hər ehtimala qarşı halallaşsınlar və yurduonlara tapşırsınlar… Bəli, bizim Laçından, Zabuxdan, Susdan, Kəlbəcərdən, Qarabağdan, habeləZəngəzurdan, Göyçədən, İrəvandan didərgin düşənsoydaşlarımız nəinki qəbir sökmüşdülər, əksinə, sanki o torpaqları əcdadın ruhuna tapşırıbgəlmişdilər…

Haylar Laçından, Zabux, Susdan, ondan irəliKəlbəcərdən öz meyidlərini ona görə çıxardı ki, butorpaqların onlara məxsus olmadığını, heç zaman da məxsus olmayacağını idrak etdi. 

Onlar Laçından, Zabuxdan, Susdan, ondan irəliKəlbəcərdən öz meyidlərini həm də ona görə çıxardıki, özləri qəbirdağıdan, goreşəndi, bizlərin də haylarkimi davaranacağı zənninə qapıldılar…  

Ancaq biz qəbirləri bizə aid olub-olmadığınagörə deyil, qəbir olduğuna və xəlqi duyğularımıza, dini dünyagörüşümüzə, ən əsası milli xarakterimizəgörə dağıtmazıq.

 

***

Əcdadımız çox fəthlər edib, çox qalalar alıb, şəhərlər tutub. Heç yerdə əhalini köçə zorlamayıb, insanların dininə, dilinə, adət-ənənəsinə toxunmayıb. Fəth olsun-olmasın, bizimlə bir yaşayan xalqlar, etnikqruplar güvən içində olub, yadeillilərdən qorunub, əmin-amanlıqda olub həmişə. Belə bir zehniyyətə, insanlığa və mədəniyyətə sahib olan xalqın övladlarıbaşqa mədəniyyətlərə xas abidələrə dəyməz, təbii; təbii, Azərbaycan oğulları başqa xalqdan, dindən olankimsələrin qəbrini dağıtmağı öz şanına sığışdırmaz. Qarabağda, Zəngərzurda, Göyçədə, İrəvanda… insanlıqla insan ola bilməmək, mədəniyyətləvandallıq, bir sözlə, Azərbaycan, Türk təfəkkürü iləhay təfəkkürsüzlüyü qarşılşıb. Onların bizə “qalib” gəldiyi məqamlar bizim acizliyimizdən deyil, bir növ, unutqanlığımızdan, arxayınçılığımızdan, sadəlöhvlüyümüzdən, inamımızdan qaynaqlanıb. Düşünmüşük: “İnsan olan elə edərmi”; “qəbirlə nəişləri var; “axı bizim onlara nə pisliyimiz dəyib”? vəs… - Bəli, belə sadə, düzxətli, bərabərsürətlidüşünmüşük… Sual verməmişik ki, hər şey bir yana, “Aşığımızın kürəyinə qaynayan samovar şəlləyənhaylar deyildimi”?!. Əgər toplum olaraq, o samovarınistiliyini öz kürəyimizdə hiss edə bilsəydik, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin şiddətli soyuğu, şaxtası… Xocalı uşaqlarının, qadın-qocalarımızıniliyinə işləməzdi…

 

***

İndi tez-tez “Laçından sonra növbə hansışəhərimizindir?” sualı və bu suala mətbu versiyalarlaqarşılaşırıq. Belə bir xoşməramlı sualınsəsləndirilməsini anlayışla qarşılayıram. Birincisi, bu, ordumuza, dövlətimizə, Ali Baş Komandanımıza, haqq-ədalətin təntənəsinə inamdan irəli gəlir; ikincisi,vətəndaşımız bütün digər məziyyət, keyfiyyət vədəstəkləri ilə yanaşı, ürəyinin səsi, arzusu, duası, inamı ilə də orduya, dövlətə, ictimai fikrə dəstəknümayiş etdimiş olur. Əgər beləsə, mən də, özversiyamı yazsam, qüsur sayılmaz: Mənim dəkönlüm Laçından sonra Xankəndi deyir, lakin ağlımLaçından sonra Xocalı deyir durur…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 


SON XƏBƏRLƏR