• Bakı 27° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

“Levski”nin baş direktoru: “Sabah”la oyuna ciddi hazırlaşmışıq
İDMAN
13 Avqust 2025 | 14:43

“Levski”nin baş direktoru: “Sabah”la oyuna ciddi hazırlaşmışıq

“Sabah”la oyuna ciddi hazırlaşmışıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş direktoru Daniel Borimirov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

O, ikinci görüşdə də qalib gələcəklərinə ümid etdiyini bildirib: “Sabah”la matçda taktiki cəhətdən düzgün oynamalıyıq. Ən vacibi, futbolçularımızın məşqçinin tapşırıqlarını tam şəkildə yerinə yetirməsidir. Düşünürəm ki, biz buna nail olacağıq. Baş məşqçi Xulio Velaskes rəqibi yaxşı analiz edib. Mərhələ keçmək önəmlidir. Bu, Bolqarıstan futbolunun inkişafına müsbət təsir edəcək”.

Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 14-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.


SON XƏBƏRLƏR