Litva "TikTok" və "Telegram"ı qadağan etməyi təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə Avropa ölkəsinin Hərbiləşdirilmiş Atıcılar İttifaqının komandiri Linas İdzelis çıxış edib.
İdzelisin sözlərinə görə, Rusiya Rusiyayönlü məlumatları "TikTok" və "Telegram"da yaymaq üçün onlayn botlardan istifadə edir.
Hərbçi vurğulayıb ki, Litvada Rusiyanın “beyin yuyulması üçün” istifadə etdiyi bu iki platformaya xüsusi diqqət yetirilməlidir.
Mina Mikayılova