• Bakı 22° C

    15.31 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Astarada yeniyetmə su anbarında boğuldu
HADİSƏ
03 Iyul 2025 | 21:33

Astarada yeniyetmə su anbarında boğuldu

Astarada yeniyetmə ehtiyatsızlıqdan su anbarına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bədbəxt hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Murad Ramin oğlu Ağazadə, ehtiyatsızlıqdan qəsəbə ərazisində yerləşən Lovain su anbarına düşərək ölüb.

Kənd sakinlərinin köməyi ilə M. Ağazadənin meyiti su anbarından çıxarılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Iyul 2025