• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb
MEDİA
01 Yanvar 2026 | 13:04

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatıb. Bu müddət daha 3 il uzadılıb.

Beləliklə, bu gündən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.


SON XƏBƏRLƏR

31 Dekabr 2025