Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Şimali Amerikadakı aktivlərinin həcmi 11,841 milyard manat olub.
Bakıvaxtı.az bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 2,802 milyard manat və ya 19,1% azdır.
Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının Şimali Amerikadakı aktivlərinin həcmi 14,643 milyard manat olmuşdu.
Hesabat dövründə AMB-nin Şimali Amerikadakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 2,827 milyard manat, borc qiymətli kağızlar üzrə 8,969 milyard manat, sair maliyyə aktivləri üzrə 45,5 milyon manat təşkil edib.