• Bakı 21° C

    13.82 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Narkotik çəkib BMV sürdü, saxlanıldı
CƏMİYYƏT
14 Iyun 2025 | 19:09

Narkotik çəkib BMV sürdü, saxlanıldı

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində BMV markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü A.Əliyevə “saxla” işarəsi verilib.

Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

A.Əliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR

14 Iyun 2025