• Bakı 31° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Nazirlik 162 min manat artıq və əsassız ödəniş aşkar edib
İQTİSADİYYAT
30 Iyul 2025 | 16:46

Nazirlik 162 min manat artıq və əsassız ödəniş aşkar edib

2025-ci ilin birinci yarımilliyində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib. Nəticədə ümumilikdə 162.011,12 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10.220,8 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85.240,02 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76.771,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.


SON XƏBƏRLƏR

30 Iyul 2025