• Bakı 34° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda ölüm halları çoxdur - VİDEO

CƏMİYYƏT

31 Iyul 2025 | 10:43

Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda ölüm halları çoxdur - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped sürücülərinə müraciət edib.

NİİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur: "Sürücülər anlamalıdır ki, qəza baş verdikdən sonra gələn zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, svetoforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir.

İkitəkərli nəqliyyat sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır".


SON XƏBƏRLƏR

31 Iyul 2025