• Bakı 33° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

 Son fincan qəhvəni bu saatlarda için
CƏMİYYƏT
31 Iyul 2025 | 14:05

 Son fincan qəhvəni bu saatlarda için

Son fincan qəhvənin günün hansı saatında içilməsinin məqsədəuyğun olduğu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə San-Paul Universitetindən diyetoloq Amanda Fiğeiredo məlumat verib.

Onun sözlərinə görə, kofein mərkəzi sinir sistemini stimullaşdıran maddədir. Zehni və fiziki performansı artırır, yorğunluq hissini azaldır.

Lakin eyni zamanda bildirib ki, bu maddə yuxu hormonu olan melatoninin ifrazını bloklayaraq yuxuya getməkdə çətinlik yarada bilər.

Nəzərə çatdırıb ki, kofeinin orqanizmdə yarımparçalanma müddəti dörd saatdan altı saata qədərdir.

Fiğeiredonun fikrincə, kofeinə reaksiyalar fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir. 

Qəhvəyə qarşı həssaslığa genetika, yaş, gündəlik bioritm və dərman qəbulu təsir edir. Buna görə də “altı saat qaydası” hamı üçün keçərli deyil və sadəcə təxmini tövsiyə kimi qəbul olunmalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

31 Iyul 2025