• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Novruz Məmmədov danışdı: Adamı əsəbləşdirirlər!
CƏMİYYƏT
07 May 2024 | 21:29

Novruz Məmmədov danışdı: Adamı əsəbləşdirirlər!

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Şərq.az-a danışan Novruz Məmmədov öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş etdiyini bildirib.

“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”, - o qeyd edib.

Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb:

“Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər”.


SON XƏBƏRLƏR

18 May 2024