• Bakı 21° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb - YENİLƏNİB
DÜNYA
16 Avqust 2025 | 18:53

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.

Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.

Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir.

***

12:52

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Hazırda xilasetmə və axtarış tədbirlərinin davam etdiyi bildirilib.

İtkin düşənlərin dəqiq sayı məlum deyil.

Məlumata görə, güclü yağışların avqustun 21-ə kimi davam etməsi gözlənilir.


SON XƏBƏRLƏR