• Bakı 24° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Putin müharibəni bu vaxta kimi davam etdirəcək - Kallas
DÜNYA
16 Avqust 2025 | 21:05

Putin müharibəni bu vaxta kimi davam etdirəcək - Kallas

Rusiya danışıqları sürükləyir və müharibəni tezliklə bitirmək niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

"Putin danışıqları uzatmağa davam edir və bu qarışıqlıqdan zərərsiz çıxmağa ümid edir. O, qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankorici tərk etdi.

ABŞ-ın Rusiyanı ciddi danışıqlara məcbur etmək imkanı var və AB davamlı sülhü təmin etmək üçün Vaşinqton və Kiyevlə işləyəcək. Moskva müharibəni davam etdirə bilməyəcəyini anlayana qədər müharibəni dayandırmayacaq", - o bildirib.


SON XƏBƏRLƏR