• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Rəqsanə İsmayılovanın anası: Şəkərim qalxıb
CƏMİYYƏT
16 Avqust 2025 | 23:34

Rəqsanə İsmayılovanın anası: Şəkərim qalxıb

Müğənni Rəqsanə İsmayılovanın anası Adilə Həsənova qızının həbsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Adilə Həsənova Teleqraf-ın əməkdaşının "Qızınızın həbsi haqda nə deyə bilərsiniz" sualına "Mən bu haqda heç nə deyə bilmərəm. Hər şey mətbuatda yazılıb. Hazırda şəkərim yüksəlib",- deyə, cavab verib.

Xatırladaq ki, Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılova 2007-ci ildə insan alveri ittihamı ilə həbs edilmişdilər.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova dələduzluqda təqsirli bilinərək bu gün həbs edilib. O, iki nəfərin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməkdə ittiham olunur. Müğənninin barəsində "külli miqdarda ziyan vurmaqla dələduzluq etmə" maddəsi üzrə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. R. İsmayılovanın barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

16 Avqust 2025