• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Putin: Alyaska səfəri vaxtında və faydalı olub
SİYASƏT
16 Avqust 2025 | 23:56

Putin: Alyaska səfəri vaxtında və faydalı olub

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Amerika danışıqlarından sonra Kremldə müşavirə keçirib. O, Alyaska səfərinin Ukrayna böhranının ədalətli həllinin müzakirəsinə imkan verdiyi üçün vaxtında edildiyini və çox faydalı olduğunu qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, Putin ABŞ Prezidenti Donald Tramp ilə söhbətin səmimi və məzmunlu olduğunu, tərəflərin Ukraynadakı vəziyyətlə bağlı öz mövqelərini sakit və hərtərəfli müəyyən edə bildiyini vurğulayıb. Rusiya lideri böhranın əsas səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib. O bildirib ki, Rusiya Trampın hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinə hörmət edir və ABŞ kimi, məsələlərin sülh yolu ilə həllinə tezliklə keçiddə maraqlıdır.

Putinin sözlərinə görə, sammit tərəfləri lazımi qərarların qəbuluna yaxınlaşdırıb və danışıqlar zamanı demək olar ki, bütün qarşılıqlı fəaliyyət sahələrinə toxunulub.


SON XƏBƏRLƏR

16 Avqust 2025