• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Peruda helikopter qəzası: 8 hərbçi öldü
DÜNYA
28 Noyabr 2026 | 09:15

Peruda helikopter qəzası: 8 hərbçi öldü

Perunun Apurimak, Ene və Mantaro çayı vadisində (VRAEM) hərbi "Mi" helikopterinin (modeli göstərilmir-red) qəzaya uğraması nəticəsində səkkiz hərbçi həlak olub.

Bakıvaxtı.az-ın məlumatına görə, ölənlər arasında Peru Hərbi Hava Qüvvələrinin beş, quru qüvvələrinin üç hərbçisi var.

Qəzetin məlumatına görə, yalnız pilot sağ qalıb, o, Limaya təxliyə olunur.

Helikopter Ayakuço bölgəsinin Kanayre dairəsində yerləşən Sanabamba şəhəri yaxınlığında hərbi əməliyyat zamanı qəzaya uğrayıb. Təyyarənin hərbi patrul üçün təxliyə əməliyyatında iştirak etdiyi bildirilir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026