• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Peskovdan həyəcan təbili: Millətin gələcəyi fəlakətlidir!
DÜNYA
27 Iyul 2024 | 00:10

Peskovdan həyəcan təbili: Millətin gələcəyi fəlakətlidir!

Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın gələcəyini təhdid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə bildirib.

“Biz ildən-ilə azalırıq və bunun öhdəsindən yalnız orta doğum nisbətini artırmaqla gəlmək olar. Bu göstərici ölkəmizdə 1,4 təşkil edir. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, - deyə prezidentin mətbuat katibi bildirib.

İyulun əvvəlində Rusiya Federasiyasının baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, reproduktiv yaşda olan qadınların sayının azalması uzunmüddətli xarakter daşıyacaq və 2046-cı ilədək davam edəcək.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024