• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Polis əməkdaşları azyaşlını BELƏ XİLAS ETDİ - VİDEO
HADİSƏ
01 Yanvar 2026 | 12:55

Polis əməkdaşları azyaşlını BELƏ XİLAS ETDİ - VİDEO

Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.


SON XƏBƏRLƏR

31 Dekabr 2025