• Bakı 17° C

    11.97 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Polisə müqavimət göstərən sürücü saxlanıldı
CƏMİYYƏT
01 Iyun 2026 | 23:30

Polisə müqavimət göstərən sürücü saxlanıldı

Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Bakıvaxtı.az-a bildirilib ki, ödənilməmiş cərimə öhdəliyinə görə saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.

Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.


SON XƏBƏRLƏR

01 Iyun 2026