• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bakıda şəhid atası gəlinini öldürdü - FOTO

HADİSƏ

01 Iyun 2026 | 19:03 | Müəllif: Subhan Mahmudov

Bakıda şəhid atası gəlinini öldürdü - FOTO

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.

İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.


Bakıda şəhid atası gəlinini öldürdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR