Argentina millisinin ulduz hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatına hazırlıq mərhələsində Hondurasla keçiriləcək yoldaşlıq görüşündə meydana çıxa bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Qaston Edul "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, səhhətində yaranan kiçik problemlər səbəbindən Messi iyunun 7-nə təyin olunmuş Hondurasla yoxlama matçında iştirak etməyəcək.
Bununla belə, azarkeşləri sevindirəcək bir məqam da vurğulanıb. Ulduz futbolçunun iyunun 17-də Əlcəzairə qarşı keçiriləcək dünya çempionatının ilk matçında iştirakı şübhə doğurmur. Oyunçunun turnirin startına qədər tam bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Messi milli komandanın düşərgəsinə gələrək yığmanın heyətinə qoşulub.
Bakı 




