• Bakı C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Qabon yığmasının fəaliyyəti dayandırılıb
İDMAN
01 Yanvar 2026 | 17:28

Qabon yığmasının fəaliyyəti dayandırılıb

Futbol üzrə Qabon yığmasının texniki heyəti, məşqçiləri buraxılaraq fəaliyyəti ikinci bildirişə qədər dayandırılıb.

Bakıvaxtı.az Afrika mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın Mərakeşdə təşkil edilən Afrika Millətlər Kubokundakı uğursuzluğu olub.

Bu barədə ölkənin idman işləri üzrə səlahiyyətli naziri Simplis - Dezir Mamboula elan verib. O, həmçinin iki aparıcı oyunçunun – Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanq komandadan kənarlaşdırıldığını bildirib.

Qeyd edək ki, F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparan Qabon millisi qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olub.


SON XƏBƏRLƏR