• Bakı C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Rusiya kəşfiyyatının daha bir uğursuzluğu - Kapustin sağdır
DÜNYA
01 Yanvar 2026 | 19:05

Rusiya kəşfiyyatının daha bir uğursuzluğu - Kapustin sağdır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Rusiya Könüllülər Korpusu”nun (RDK) komandiri Denis Kapustinin guya öldürülməsi ilə bağlı yayılan məlumatların xüsusi əməliyyatın tərkib hissəsi olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qurum Kapustinin sağ olduğunu bildirib.

Açıqlamada bildirilir ki, məlumat Rusiya xüsusi xidmət orqanlarını çaşdırmaq məqsədi daşıyıb.

Kəşfiyyat İdarəsinin yaydığı açıqlamada qeyd olunur ki, Rusiya xüsusi xidmət orqanlarının Kapustinin aradan götürülməsi üçün ayırdığı 500 min dollar ələ keçirilib və bu vəsait Ukrayna kəşfiyyatının xüsusi bölmələrinin gücləndirilməsinə yönəldiləcək. Qurum bu hadisəni Rusiya xüsusi xidmət orqanlarının uğursuzluğu kimi qiymətləndirib.

Açıqlama ilə yanaşı video da paylaşılıb. Videoda Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Kirill Budanova “Timur” adlı xüsusi bölmənin komandiri məruzə edir. Videogörüşdə Denis Kapustinin də iştirak etdiyi görünür.

Məruzə zamanı Budanova Kapustinin öldürülməsinin sifarişçilərinin Rusiya xüsusi xidmət orqanları olduğu, eləcə də bu planın icraçı şəxslərinin müəyyən edildiyi bildirilib. Məlumata görə, qəsdin həyata keçirilməsi üçün ayrılmış vəsait də Ukrayna tərəfi tərəfindən ələ keçirilib.


SON XƏBƏRLƏR