“ABŞ-ın Los-Anceles, Çikaqo və Nyu-York kimi böyük şəhərlərində qeyri-qanuni miqrantların saxlanılması və deportasiyası istiqamətində səylərin genişləndirilməsi lazımdır.”
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Truth” hesabında mövzuya toxunan Tramp ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) çox vacib bir missiyanı, qeyri-qanuni əcnəbilərin ən böyük kütləvi deportasiyasını həyata keçirməkdə inanılmaz güc, qətiyyət və cəsarət göstərdiklərini yazıb.