• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Qurban Qurbanov Beşiktaşa gedir? - ŞOK
İDMAN
22 May 2026 | 22:39

Qurban Qurbanov "Beşiktaş"a gedir? - ŞOK

“Futbolçularımı təbrik edirəm. Son oyun olsa da, hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Çox istəkli idilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Yaxşı çempionat, futbola xas hər şey oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sumqayıt” üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransı zamanı deyib:

Sizləri hansısa açıqlamalarda narahat etmişiksə, üzrlü hesab edin. Futbol emosiya oyunudur. Bu, futbolun sevilən tərəfləridir. Hər halda, kim futbola aiddirsə, çalışmalıyıq ki, təmkinli olaq. Azarkeşlərə təşəkkür edirəm. Hər iki azarkeş qrupumuz bütün oyunlarda bizimlə oldular. Komandam adından çox sağ ol deyirəm. Bütün komandalar yaxşı oyun keçirdi. Maraqlı mətbuat konfransları keçirdiniz, sizə də təşəkkür edirəm. Qalır istirahət edib, növbəti mövsümə keçirmək. Transferlərdən sual verəcəksiniz, çox da uzatmayaq (gülür). İşlər gedir. Bu ilə görə birinci olmasaq da, yaxşı mövsüm keçirib təcrübə topladıq. Həm avrokuboklara, həm də çempionata hazırlaşacağıq.

- Elvinlə bağlı məsələ nə yerdədir? Başqa kimlər gələcək?

- Gedəcəklər açıqlanacaq. Gedənlər də, gələnlər də açıqlanacaq. Bizdən asılı olmayan şeylər də var. İş gedir, xəbərlər olacaq. Elvinlə bağlı transferə açığıq. Bizlə müqaviləsi var. Transfer alınmasa, növbəti qərarı sonra verəcəyik.

- Ramil Şeydayevin taleyi necə olacaq? 

- Sabah qərar verəcəyik. 

- Zakaria Savonun gələcəyi deyilir.

- Çox müsbət danışıqlar gedir. Alınmaq ehtimalı çoxdur.

- Bu mövsümə görə peşman olduğunuz məqam var? Sizə haqsızlıq oldu? 

- Haqsızlıq barədə danışmayacağam. Hakimlik tərəfdən bəlkə ola bilər. Onlar ən ağır mövsümlərini keçirdilər. Bəzi anlarda hansı qərar verməklərini bilmirlər. Hər yerdə müzakirə olundu. Onlara təsir edir. Onlar da gələn mövsüm üçün təcrübə topladılar. Məsuliyyətli işin altındadırlar. Onlara uğurlar arzu edir, səbir, güc, qüvvət diləyirəm. O barədə danışmaq istəmirəm. Klubumuzun ən uğurlu ili oldu. ÇL-də bir dəfə oynamışdıq, üç rəqibə qarşı iki xal toplamışdıq. Bu dəfə 7 rəqibə qarşı 10 xal topladıq. Mərhələni adlamaq da böyük nəticə idi. Mən başda olmaqla, psixoloji və fiziki olaraq komanda çox yoruldu. Əvvəl üç komandaya qarşı hazırlaşırdıq, bu dəfə 8 komanda oldu. “Napoli”, “Benfika” kimi komandalar 10 xal toplaya bilmədi. Biz də təcrübə qazandıq. Fevralın sonuna kimi Avropa həyəcanı ölkədə oldu. Hər kəs bunu yaşadı. Möhtəşəm oyunlar oldu. Futbolçularım parçalanmağa başladı. Təkliflər oldu. Mövsümdən tam razı qaldıq.

- Adınız “Beşiktaş”la hallanır...

- Hər birinə təşəkkür edirəm, “Qarabağ”la müqaviləm var.

- Bu mövsümü son illərin ən maraqlı çempionatı adlandırmaq olar?

- Olar. Həm dəyişikliklər oldu. Komandalarda bir pillə irəlidə oldu.

- Küsmürsünüz ki, komandaya qarşı ictimaiyyətdə haqsız fikirlər səsləndiriləndə? 

- Özümə yox, komandaya qarşı belə fikirlər olanda üzülürəm. Azərbaycan futbolu adına da. ÇL qrupuna düşməyi arzu edirdik. Daha yaxşı nəticə istəyirdik. Uşaqlar bunu bacardı. Kasıb, döyüşkən uşaqlar bunu bacardı. 7-8 ay böyük futbolu ölkədə hiss etdirdik. Filan restoranda, toyda, “Sea Breeze”də oyunlara monitorda baxanlar var idi. Futbola istənilən ölkədə baxırlar. Uğursuz adlandırmaq bizə nə dərəcədə yaraşar, demək çətindir. Bizim ÇL-də qələbəmiz yox idi. Bunu istəyirdik. Şükür olsun, ilk oyundan bu alındı. Böyük klubların içində olduq. Şəhərdə, restoranda kasıb, rəhbər şəxsləri görürəm. Məndən narazılıq edənlər görməmişəm. Hamı təşəkkür edir. Futbolçulara görə üzülürəm. Kim hansı şəraitindən gəlib, nə uğur qazanıb. Millətimizin duaları idi. Ölkə üçün lazım olan qalibiyyəti Allah bizə nəsib edib. Kluba təşəkkür edirəm. Silahsız uşaqlar döyüşlərdə qalib gəldi (gülür).

- Bu gün 6 futbolçu debüt etdi. Onlardan razı qaldınız? 

- Təəssüflər olsun ki, həmişə cəlb edə bilmirik. İki-üç oyunçu, böyük ehtimalla, çağıracağıq. Yaxşı tərəflərini göstərəcəklər.

- Avropa Liqasında final görə bilərik?

- Yaxşı arzudur (gülür). AL ÇL-in kiçik qardaşıdır. Komandanı formalaşdırmaq üçün zamana ehtiyac var. Daha istəkli yanaşacağıq. Çalışacağıq ki, maksimum irəli gedək.


SON XƏBƏRLƏR