• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

“Vəzifədən çıxanda heç adama salam da vermirlər”
ŞOU
22 May 2026 | 22:23

“Vəzifədən çıxanda heç adama salam da vermirlər”

Xalq artisti Nəzakət Teymurova sənət yolunda etdiyi fədakarlıqlardan danışıb.

Bakıvaxtı.az xəbər verir ki, “Gün ortası” verilişində qonaq olan sənətçi bu yolda çətinliklər yaşasa da, peşman olmadığını deyib:

"Sənət üçün fədakarlıqlarım çox olub. Buna görə peşman deyiləm. Allah hər kəsə bir qismət, tale yazıb. Məni də Allah bu sənət yolunda görüb. Bizim sənətimiz çox gözəldir. Elə ifaçılarımız var ki, sənətimizi yüngülləşdirir. Amma dünyanı gəzirsən, hər kəs sənə hörmət edir. Bizim sənət vəzifə deyil. Vəzifədən çıxanda adama heç salam da vermirlər. Ustadlarımızdan da görmüşük ki, bizim sənətə həmişə hörmət olub. Ona görə də şükür Allaha ki, bu sənətdəyəm".


SON XƏBƏRLƏR