• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qurbanovun 900-cü oyunu...
İDMAN
23 Noyabr 2026 | 12:31

Qurbanovun 900-cü oyunu...

    Azərbaycan Premyer Liqasının XII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

    Peşəkar Futbol Liqasından Bakıvaxtı.az-a verilən məlumata görə, “Kəpəz”lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa “Neftçi”də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.

    Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.

    “Qarabağ”dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.

    Qeyd edək ki, iki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da “Neftçi”nin “sükanı arxası”nda “Gənclərbirliyi” ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər matçında (2:1) “Qarabağ”ı ilk sınağa çıxarıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026