BMT Baş katibi Antonio Quterreşlə İranın xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Stefani Tremblay məlumat verib.
O qeyd edib ki, bu səhər telefon danışığı baş tutub, İsrailin İrana hücumu ilə əlqədar müzakirələr aparılıb.
Tremblay bildirib ki, Quterreş istənilən halda nəzarətdən çıxmaq təhlükəsi olan ölümcül qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayıb.