Rusiya İstanbulda verdiyi vədləri yerinə yetirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin ölən zabit və əsgərlərinin ümumilikdə 6060 meyiti Ukrayna tərəfinə təhvil verilib.
"Ukrayna tərədindən 78 hərbçimizin meyiti təhvil alınıb.. Əsirlərin dəyişdirilməsi də davam edir. Cəbhə xəttindən ağır yaralıların təcili tibbi yardımı həyata keçirilib", - Medinski əlavə edib.