Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.
Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
"Kramatorskda ölənlərin sayı 3-ə, yaralıların sayı isə 10-a çatıb. Beşmərtəbəli binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir", - o, “Telegram”da yazıb.
Məlumata görə, zərbə nəticəsində ümumilikdə ən azı 30 evə və 13 avtomobilə ziyan dəyib.