Rusiyanın payızda Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu yerli televiziyada xalqa müraciətində bildirib.
O qeyd edib ki, bu müdaxilə təkcə Dnestryanı Rusiya təsiri altında olan bölgədəki fəaliyyətlə məhdudlaşmır: "Rusiyanın planı bütövlükdə Moldovada vəziyyəti ələ almaqdır. Bunun üçün artıq start verilib".
Prezident xalqı dəstəklədiyini vurğulayıb, onu ayıq-sayıq olmağa çağırıb.