Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.
Bakıvaxtı.az xəbər veirir ki, bu barədə səfir feysbuk hesabında paylaşım edib.
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, - paylaşımda qeyd olunub.
Esaulenko həmçinin paylaşıma oğlunun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib.
Həmin görüntüləri təqdim edirik:
Bakı 












