• Bakı 14° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Şəmkirdə oğlu ilə qəzaya düşən şəxs tanınmış müğənnidir – TƏFƏRRÜAT
HADİSƏ
05 May 2024 | 13:14

Şəmkirdə oğlu ilə qəzaya düşən şəxs tanınmış müğənnidir – TƏFƏRRÜAT

Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Həbib Rzayev bölgədə tanınmış müğənnidir.

Qəza nəticəsində dünyasını dəyişən isə onun oğlu, 2007-ci il təvəllüdlü İlkin Rzayevdir.

Mərhum Şəmkir rayonunda təşkil olunan bir çox tədbirlərdə öz ifası ilə tanınırmış.

Qeyd edək ki, hadisə mayın 4-də Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, “Yasamal” aşırımı deyilən yerdə baş verib. Belə ki, “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində daha 3 nəfər, Salahov Samir (1987), Həsənov Məhəmməd (1995) və 3 yaşlı uşaq da xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR