Mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.