• Bakı 26° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

TƏCİLİ: İranın İsrailə hücumu BAŞLADI - YENİLƏNİB
DÜNYA
13 Iyun 2025 | 23:45

TƏCİLİ: İranın İsrailə hücumu BAŞLADI - YENİLƏNİB

İran İsrail ərazisinə ikinci raket dalğasını başladıb.

Bakıvaxtı.az xəbər verir ki, İranın IRNA agentliyi raketlərin İsrailə doğru hərəkət etdiyini yazıb.

İsrail ordusu da İrandan yeni raket dalğasının yaxınlaşdığı ilə bağlı məlumat yayıb.

Qeyd olunur ki, İran İsrailə qarşı əməliyyatın adını “Həqiqi vəd-3” qoyub.

***

22:31

Təl-Əvivdə partlayışlar baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yerli mətbuat İran raketlərinin şəhərin bəzi bölgələrinə düşdüyü və partlayışların baş verdiyi haqda məlumat yayıb.

İsrail mediası həmçinin hədəflərdən birinin İsrailin Müdafiə Nazirliyi olduğunu bildirib.

Məlumata görə, İran tərəfindən atılan ballistik raketlərinin düşməsindən sonra İsrailin Müdafiə Nazirliyinin qərargahının yaxınlığında yanğın baş verib.

"İran ordusu İran ərazisinə zərbələrə cavab olaraq İsrailə qarşı əməliyyat keçirməyə başladı", - deyə İran televiziyası bildirib.

 

22:19

İran İsrailə ballistik raketlərlə hücuma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Yayılan məlumata əsasən, İran İsrailə 100-dən çox ballistik raketlərlə hücum edib.


SON XƏBƏRLƏR

13 Iyun 2025