Tehranın Mehrabad hava limanında səhər saatlarında partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayış qırıcı təyyarələr üçün nəzərdə tutulmuş anqarın yaxınlığında qeydə alınıb, hava limanının infrastrukturu və uçuş-enmə zolağına ziyan dəyməyib.