• Bakı 26° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Texasda daşqınlar: ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
DÜNYA
06 Iyul 2025 | 08:31

Texasda daşqınlar: ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat yayıb.

Kerr dairəsində 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travisdə 4 nəfər ölüb. Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan itkin düşüb.

Texasın qubernatoru Qreq Ebbott daha əvvəl 850-dən çox insanın təxliyə edildiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, federal hakimiyyət orqanları daşqının nəticələrinin aradan qaldırılmasında dövlət xidmətlərinə kömək edir. Ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem bir gün əvvəl Texasa gəlib.

***03:21

ABŞ-nin Texas ştatınında daşqınlar nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.

Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətdən ən çox zərər çəkən Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kerr dairəsində 43 nəfər ölüb. Ölənlər arasında azı 15 uşaq var, onlardan beşinin şəxsiyyəti məlum deyil.

Bir nəfər Kendall dairəsində ölüb, Trevis dairəsində isə azı 3 nəfər həyatını itirib, daha 11 nəfər itkin düşüb.

Telekanal digər təfərrüatları açıqlamayıb.

Axtarış-xilasetmə işləri davam edir.

***03:21

ABŞ-nin Texas ştatında aramsız yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 32 nəfər ölüb.

Bakıvaxtı.az-ın “NBC News”a istinadən verdiyi məlumata görə, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında bildirib.

"İndi bizə 32 nəfərin ölümü məlumdur. Onlardan 18-i böyüklər, 14-ü uşaqdır", - Leyta bildirib.

Şerif axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 27 nəfərin öldüyü bildirilirdi.

Texasın qubernatoru Qreq Ebbott da öz növbəsində son 36 saat ərzində 850-dən çox insanın təxliyə edildiyini bildirib. O, bundan əvvəl ABŞ Prezidenti Donald Trampdan ştatda fəlakət vəziyyəti elan olunmasını xahiş edib. Mətbuat konfransında iştirak edən ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Trampın Ebbottun istəyini təmin etmək niyyətində olduğunu açıqlayıb.


SON XƏBƏRLƏR

05 Iyul 2025